
Ağdamın “Qarabağ” klubu heyətini gücləndirmək istiqamətində ciddi addım atmağa hazırlaşır. Komandanın tarixində ən bahalı transferlərdən biri reallaşa bilər.
Belə ki, Azərbaycan çempionu Fransanın “Loryen” klubunda çıxış edən seneqallı hücumçu Sambou Soumanonu heyətinə qatmaq üçün danışıqlar aparır.
Məlumata görə, tərəflər arasında aparılan müzakirələr müsbət məcrada davam edir və transferin yaxın günlərdə rəsmiləşəcəyi istisna edilmir.
Qeyd edək ki, Soumano hücum xəttində sürəti və fiziki gücü ilə seçilən futbolçulardandır. “Qarabağ” rəhbərliyi bu keçidlə komandanın avrokuboklarda daha iddialı çıxış etməsini hədəfləyir.
Transferlə bağlı rəsmi açıqlamanın tezliklə veriləcəyi gözlənilir.





