
İsrailin hərbi rəsmiləri ABŞ-la aparılan müzakirələr zamanı İranın ballistik raket proqramının Təl-Əviv üçün nüvə proqramı qədər ciddi təhlükə yaratdığını bildiriblər.
Qərb mediasının yaydığı məlumata görə, İsrail tərəfi lazım gələrsə, İranla bağlı məsələdə təkbaşına hərəkət edə biləcəyi barədə Vaşinqtonu xəbərdar edib.
Məlumata əsasən, İsrail İranın raket imkanlarını zəiflətmək məqsədilə mümkün əməliyyat planlarını ABŞ nümayəndələri ilə müzakirə edib.
Qeyd olunur ki, tərəflər arasında regionda artan gərginlik fonunda təhlükəsizlik məsələləri və mümkün hərbi ssenarilər gündəmdədir.





