SON DƏQİQƏ
Qanuntv.az » Gündəm » “Qarabağ” Çempionlar Liqasında cavab oyununa çıxır
Gündəm / İdman

“Qarabağ” Çempionlar Liqasında cavab oyununa çıxır

24-02-2026, 12:21 163
 “Qarabağ” Çempionlar Liqasında cavab oyununa çıxır

Bu gün Azərbaycan çempionu “Qarabağ” UEFA Çempionlar Liqasının pley-off mərhələsinin cavab oyununa çıxacaq.

Ağdam təmsilçisi İngiltərənin Nyukasl klubu ilə qarşılaşacaq. Matç saat 00:00-da start götürəcək.
Görüşü italiyalı FIFA referisi Davide Massa idarə edəcək.

Xatırladaq ki, Bakıdakı ilk oyunda rəqib 6:1 hesablı qələbə qazanıb.

Qeyd edək ki, mərhələni adlayan tərəf UEFA Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə əldə edəcək.

Oxşar xəbərlər