
Qanuntv.az xəbər verir ki, hadisə Şəmkir rayonunun Çinarlı qəsəbəsi ərazisində qeydə alınıb.
Qəsəbə sakini, 30 yaşlı Şəlalə Nəbiyevanın meyiti yaşadığı evin həyətində aşkarlanıb. Onun hansı səbəbdən həyatını itirdiyi hələlik məlum deyil.
Faktla bağlı araşdırma aparılır. Hadisənin başvermə səbəblərinin müəyyənləşdirilməsi istiqamətində müvafiq tədbirlər görülür.





