
İsraildə təhlükəsizlik vəziyyətinin gərginləşməsi fonunda bəzi uşaqlar bayramı sığınacaqlarda və tunellərdə keçirməyə məcbur qalıb.
Qanuntv.az xəbər verir ki, ölkədə raket hücumu təhlükəsi səbəbindən hava həyəcan siqnalları verilib və sakinlər təhlükəsizlik məqsədilə yeraltı sığınacaqlara eniblər. Bu zaman bir çox uşaq yəhudilərin ənənəvi bayramlarından olan Purim münasibətilə geyindikləri bayram kostyumları ilə tunellərdə gözləməli olub.
Yayılan fotolarda uşaqların bayram geyimində sığınacaqlarda toplandığı görünür. Məlumata görə, raket hücumu təhlükəsi səbəbindən bayram tədbirləri açıq məkanlarda keçirilməyib.
Qeyd olunur ki, bölgədə artan hərbi gərginlik səbəbindən ölkənin müxtəlif şəhərlərində sakinlər tez-tez sığınacaqlardan istifadə etmək məcburiyyətində qalırlar.





