
Tanınmış jurnalist Nicat Rüstəmov vəfat edib.
Qanuntv.az xəbər verir ki, bu barədə onun yaxınları məlumat yayıb.
Bildirilib ki, jurnalist uzun sürən xəstəlikdən sonra dünyasını dəyişib.
Qeyd edək ki, Nicat Rüstəmov “Ədalət” qəzetinin əməkdaşı kimi fəaliyyət göstərib. O, uzun illər media sahəsində çalışaraq jurnalistikaya öz töhfəsini verib.
Allah rəhmət eləsin.





