
ABŞ Prezidenti Donald Trump İranla bağlı diqqətçəkən açıqlama verib.
Tramp bildirib ki, İranın qeyd-şərtsiz təslimiyyəti olmadan heç bir razılaşma mümkün deyil. Onun sözlərinə görə, yalnız bundan sonra və İran üçün qəbul edilə bilən yeni lider seçildiyi təqdirdə vəziyyət dəyişə bilər.
“İranın qeyd-şərtsiz təslimiyyəti olmadan heç bir razılaşma olmayacaq. Bundan sonra və böyük, qəbul edilə bilən bir lider seçildikdən sonra biz və möhtəşəm, çox cəsur müttəfiqlərimiz və tərəfdaşlarımız İranı məhv olmaq həddindən geri qaytarmaq üçün yorulmadan çalışacağıq və onu iqtisadi baxımdan əvvəlkindən daha böyük, daha yaxşı və daha güclü edəcəyik”, – deyə Tramp qeyd edib.
O vurğulayıb ki, beynəlxalq tərəfdaşlarla birlikdə İranın iqtisadi cəhətdən güclənməsi və sabitliyə qayıtması üçün gələcəkdə müxtəlif addımlar atıla bilər.





