
Azərbaycan şahmatçısı Ülviyyə Fətəliyeva Özbəkistanın Buxara şəhərində keçirilmiş "IV Women's Chess Championship" adlı beynəlxalq turnirin qalibi olub.
8 ölkədən 10 şahmatçının qatıldığı turnirdə 9 turdan sonra 6,5 xal toplayan Ülviyyə Fətəliyeva turnirin birincisi adını qazanıb. Gürcüstan şahmatçısı Nana Dzaqnidze ikinci, Hindistan təmsilçisi Harika Dronavalli isə üçüncü yeri tutub.
Bu uğur Azərbaycan şahmatının beynəlxalq arenada nailiyyətlərindən biri kimi qiymətləndirilir.




