
Tovuz rayonunda ana körpə qızını yaşlı qadının evində qoyaraq gedib və geri qayıtmayıb.
Məlumata görə, orta yaşlı qadın Tovuz rayonunda yaşayan yaşlı qadının evinə gələrək çöldə qaldığını bildirib. Yaşlı qadın humanistlik göstərərək qadını və körpəni evinə dəvət edib.
Bir müddət sonra qadın yemək almaq adı ilə evi tərk edib, lakin geri qayıtmayıb.
Bundan narahat olan yaşlı qadın dərhal hüquq-mühafizə orqanlarına məlumat verib.
Hazırda körpə Tovuz Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Bildirilir ki, sabah uşaq sığınacağa təhvil veriləcək.
Faktla bağlı polis tərəfindən araşdırma aparılır.





