
Yaxın Şərqdə davam edən müharibə fonunda dünya yeni ərzaq böhranı ilə üzləşə bilər. İqtisadçılar və beynəlxalq ekspertlər gübrə çatışmazlığı və ərzaq qiymətlərinin artması ilə bağlı ciddi xəbərdarlıq edirlər.
Qanuntv.az xəbər verir ki, xüsusilə İran ətrafında yaranan hərbi gərginlik qlobal tədarük zəncirlərinə mənfi təsir göstərir. Müharibə nəticəsində gübrə istehsalının və ixracının azalması kənd təsərrüfatı sektorunda ciddi problemlər yarada bilər.
Ekspertlərin sözlərinə görə, gübrə istehsalının azalması dünya üzrə kənd təsərrüfatı məhsullarının həcminin aşağı düşməsinə səbəb ola bilər. Bu isə ərzaq məhsullarının qiymətinin kəskin artması və bir sıra ölkələrdə qıtlıq riskinin yaranması deməkdir.
Analitiklər bildirirlər ki, qlobal ərzaq təhlükəsizliyinin qorunması üçün beynəlxalq əməkdaşlığın gücləndirilməsi və tədarük zəncirlərinin sabit saxlanılması olduqca vacibdir. Əks halda yaxın aylarda bir çox regionlarda ərzaq böhranının daha da dərinləşəcəyi istisna edilmir.





