
NATO-nun Baş katibi Mark Rutte ABŞ-ın Avropa vasitəsilə Ukraynaya kəşfiyyat və silah dəstəyini davam etdirdiyini açıqlayıb.
Onun sözlərinə görə, ABŞ avropalı müttəfiqlərlə birlikdə Ukraynanın Rusiyaya qarşı mübarizəsini dəstəkləyir.
Mark Rütte bildirib ki, Vaşinqton Kiyevin ehtiyac duyduğu hərbi və kəşfiyyat vasitələri ilə təmin olunması üçün tərəfdaşlarla koordinasiyalı şəkildə fəaliyyət göstərir.
Qeyd edək ki, Ukraynaya göstərilən dəstək regionda təhlükəsizlik məsələlərinin əsas mövzularından biri olaraq qalmaqdadır.





