
Sankt-Peterburq şəhər polisi iki iri obyektdə keçirilən reyddə “onlarla qanunsuz miqrant və hərbi xidmətdən yayınan şəxsi” aşkar edib.
Qanuntv.az yerli mediaya istinadla xəbər verir ki, yoxlamalar Sofiya küçəsində yerləşən tərəvəz bazası və Moskva şosesindəki böyük ticarət şirkətinin paylama mərkəzində aparılıb.
Reyddə Federal Təhlükəsizlik Xidmətinin, Rosqvardiyanın əməkdaşları və hərbi müstəntiqlər də iştirak edib.





