
Qanuntv.az xəbər verir ki, İsrailin Müdafiə Ordusu Tehran şəhəri boyunca genişmiqyaslı hava zərbələri endirib.
Məlumata görə, bu barədə ordunun mətbuat xidməti açıqlama yayıb.
Bildirilib ki, hücumlar əsasən İranın hərbi infrastrukturlarına yönəlib və müxtəlif obyektlər hədəf alınıb.
Qeyd edilib ki, son dövrlərdə Tehran ərazisində bir neçə dəfə güclü partlayış səsləri eşidilib və İsrail ordusu tərəfindən genişmiqyaslı zərbələr endirilməsi barədə məlumatlar yayılıb.





