
Qanuntv.az xəbər verir ki, hadisə rayon ərazisində yerləşən şadlıq saraylarından birində qeydə alınıb.
Belə ki, 1962-ci il təvəllüdlü A.Hüseynovun başına restoranın yaxınlığında aqlay daşı düşüb.
Ağır xəsarət alan şəxs xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.
Məlumata görə, A.Hüseynov hadisənin baş verdiyi restoranda oğluna toy məclisi təşkil edirmiş.
Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.
Faktla bağlı araşdırma aparılır.





