
Toğanalı–Kəlbəcər–İstisu avtomobil yolunda qar uçqunu baş verib.
Qanuntv.az xəbər verir ki, hadisə nəticəsində Kəlbəcər rayonu istiqamətində nəqliyyatın hərəkəti məhdudlaşdırılıb.
Məlumata görə, hazırda yaranmış fəsadların aradan qaldırılması üçün Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən təxirəsalınmaz tədbirlər həyata keçirilir.
Sürücülərə sözügedən istiqamətdə hərəkət edərkən ehtiyatlı olmaları tövsiyə olunur.





