
Məqsəd İsayev ciddi zədə səbəbindən əməliyyat keçirib.
Klubdan verilən məlumata görə, “Kəpəz”in müdafiəçisi Kəpəz FK Türkiyənin İstanbul şəhərində uğurlu cərrahi əməliyyatdan keçib.
İstanbulda həyata keçirilən əməliyyat zamanı futbolçunun çarpaz bağlarında yaranan zədəyə müdaxilə edilib. Həkimlərin məlumatına əsasən, cərrahi proses uğurla başa çatıb.
Futbolçunun bərpa və reabilitasiya dövrü yaxın günlərdə müəyyən olunacaq.





