
SOCARın prezidenti Rövşən Nəcəf ABŞ rəsmiləri ilə görüş keçirib.
Qanuntv.az xəbər verir ki, bu barədə SOCAR məlumat yayıb. Bildirilib ki, görüşdə Rebeka Nef və Sara Leminq iştirak ediblər.
Görüş zamanı Azərbaycan ilə Amerika Birləşmiş Ştatları arasında enerji sahəsində uzun illər davam edən uğurlu əməkdaşlıq məmnunluqla qeyd olunub. Xüsusilə cari ilin fevralında imzalanmış “Strateji Tərəfdaşlıq Xartiyası”nın ikitərəfli münasibətlərin inkişafında mühüm rol oynadığı vurğulanıb.
Tərəflər enerji sektorunda əməkdaşlıq üçün geniş perspektivlərin mövcud olduğunu diqqətə çatdırıblar. Eyni zamanda, SOCAR ilə ABŞ şirkətləri arasında müxtəlif istiqamətlər üzrə uğurlu əməkdaşlığın davam etdiyi bildirilib.
Görüşdə TRIPP layihəsinin və Orta Dəhliz üzrə mövcud enerji marşrutlarının regional əməkdaşlıq baxımından əhəmiyyəti xüsusi qeyd olunub.
Sonda qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.





