
“Regionda gərgin geosiyasi şəraitə baxmayaraq, Azərbaycan üzərindən keçən nəqliyyat marşrutları öz etibarlılığını və dayanıqlılığını tam şəkildə sübut edib”.
Qanuntv.az xəbər verir ki, bu fikirləri jurnalistlərə açıqlamasında Azərbaycanın baş nazirinin müavini Şahin Mustafayev bildirib.
Onun sözlərinə görə, xüsusilə Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizi bu müddətdə fasiləsiz fəaliyyət göstərərək bütün öhdəliklərini yerinə yetirib və Azərbaycanın etibarlı tranzit ölkə olduğunu bir daha nümayiş etdirib.
Ş.Mustafayev qeyd edib ki, mövcud reallıqlar fonunda bu marşrutların rəqabət qabiliyyəti daha da artıb və gələcəkdə regionun əsas nəqliyyat-logistika istiqamətlərindən birinə çevrilməsi üçün ciddi zəmin formalaşıb.





