
Türkiyənin Şanlıurfa vilayətinin Siverek rayonunda yerləşən orta məktəblərdən birində insident baş verib.
Qanuntv.az xəbər verir ki, valideyn müəllimə bıçaqla hücum etməyə cəhd göstərib.
Məlumata görə, hadisə zamanı məktəbdə xidmət aparan polis əməkdaşları dərhal müdaxilə edərək hücumun qarşısını alıblar. Şübhəli şəxs saxlanılıb.
Asayiş keşikçilərinin operativ müdaxiləsi nəticəsində daha ağır nəticələrin baş verməsinin qarşısı alınıb.
Faktla bağlı araşdırma aparılır.





