
Biləsuvar rayonunda gənc oğlanın meyiti aşkarlanıb.
Hadisə rayonun Səmədabad kəndi ərazisində qeydə alınıb. Məlumata görə, kənd sakini, 2003-cü il təvəllüdlü İbadov Riyad Xəlil oğlu İbadovun meyiti səhər saatlarında yaşadığı ünvanda, evin həyətində yerləşən tikilidə tapılıb.
Hadisənin hansı şəraitdə baş verdiyi hələlik məlum deyil.
Faktla bağlı araşdırma aparılır.





