
Aprelin 14-də Azərbaycan alpinisti İsrafil Aşurlı də daxil olmaqla beş nəfərlik komanda Himalay dağ silsiləsində yerləşən Annapurna zirvəsi (8 091 metr) zirvəsinə qalxıb.
Qanuntv.az xəbər verir ki, məlumat Gənclər və İdman Nazirliyi tərəfindən təsdiqlənib.
Bildirilib ki, baza düşərgəsindən hərəkətə başlayan alpinistlər dərin qar örtüyü və çətin relyef şəraitinə baxmayaraq zirvəyə uğurla yüksələ biliblər. Bu, cari mövsüm üzrə ilk uğurlu zirvə fəthi kimi qeydə alınıb.
İsrafil Aşurlı zirvəyə qalxarkən süni oksigen balonundan istifadə etməyib. Qeyd edək ki, alpinist ötən il də yüksək dağ zirvələrinə oksigensiz qalxışlar həyata keçirib.
Məlumata əsasən, bununla da onun fəth etdiyi 8 000 metrdən yüksək zirvələrin sayı 9-a çatıb.





