
Bakı Metropolitenində çalışan əməkdaşın vəfat etdiyi bildirilir.
Məlumata görə, metronun “Qara Qarayev” stansiyasının rəisi vəzifəsində çalışan 56 yaşlı Şaiq Heydərov bu gün səhər saatlarında dünyasını dəyişib.
Onun uzun sürən xəstəlikdən vəfat etdiyi qeyd olunur.
Bildirik ki, Şaiq Heydərov Birinci Qarabağ müharibəsinin qazisi olub.





