
Azərbaycanda ən azı 3 il iş stajı olan məhkəmə hakimləri güzəştli ipoteka krediti ala biləcək.
Qanuntv.az xəbər verir ki, bununla bağlı Prezident yeni fərman imzalayıb.
Fərmana əsasən, bundan sonra ən azı 3 il stajı olan məhkəmə hakimləri güzəştli ipoteka kreditindən istifadə etmək hüququna malik olacaqlar.
Qərarın sosial təminatın gücləndirilməsi və mənzil əlçatanlığının artırılması məqsədi daşıdığı bildirilir.





