
“Bizon Azərbaycan Kuboku”nun final görüşündə nominal meydan sahibinin müəyyənləşdirilməsi üçün püşkatma mərasimi keçirilib.
Qanuntv.az xəbər verir ki, mərasimdə Peşəkar Futbol Liqası (PFL), eləcə də “Zirə” və “Sabah” klublarının nümayəndələri iştirak ediblər.
Püşkatmada PFL-in Yarışların təşkili və qeydiyyatı şöbəsinin rəisi Elçin Mehtiyev, “Zirə” klubunun mətbuat katibi Elmar Abdullazadə və “Sabah” klubunun əməkdaşı İlahə Vəlizadə iştirak ediblər.
Püşkatmanın nəticəsinə əsasən, final görüşündə “Sabah” komandası nominal meydan sahibi olub.
Püşkatmadan sonra klubların nümayəndələri və PFL rəsmiləri arasında geniş tərkibli görüş də keçirilib. Görüşdə Elgiz Abbasov, Sənan Abdullayev və Zaur Hacı-Məhərrəmov iştirak edərək final oyununun təşkilati məsələlərini müzakirə ediblər.
Qeyd edək ki, Azərbaycan Kubokunun final oyunu mayın 13-də Palms Sports Arena stadionunda keçiriləcək və matç saat 20:00-da başlayacaq.





