
Ermənistanda “Kandaz” ləqəbi ilə tanınan kəşfiyyatçı Artur Avanesyan Antikorrupsiya Komitəsinə aparılıb.
Qanuntv.az xəbər verir ki, bu barədə “Sputnik Ermənistan” məlumat yayıb.
Məlumata görə, o, biznesmen və xeyriyyəçi Samvel Karapetyanın rəhbərlik etdiyi “Güclü Ermənistan” partiyasının seçki kampaniyası ilə bağlı ehtimal olunan pozuntular üzrə aparılan iş çərçivəsində fiqurant kimi keçir.
Bildirilir ki, Artur Avanesyan son vaxtlar Karapetyanın komandasına qoşulub və əvvəlki illərdə Qarabağdakı qondarma qurumun “müdafiə ordusu”nda xidmət edib.
Qeyd edək ki, “Güclü Ermənistan” partiyası bir sıra siyasi qüvvələrlə birlikdə parlament seçkisi üçün sənədlərini Mərkəzi Seçki Komissiyasına təqdim edib.
Ermənistanda parlament seçkisinin iyunun 7-də keçirilməsi planlaşdırılır.





