
Azərbaycan Respublikası Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov İtaliyaya işgüzar səfər edib.
Qanuntv.az xəbər verir ki, səfər çərçivəsində keçirilən görüşlərdə Azərbaycan ilə İtaliya arasında siyasi, iqtisadi və enerji sahələrində əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunub. Tərəflər ikitərəfli münasibətlərin daha da gücləndirilməsi, qarşılıqlı maraq doğuran regional və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparıblar.
Görüşlər zamanı regional təhlükəsizlik, Avropa ilə enerji əməkdaşlığı və strateji tərəfdaşlıq münasibətlərinin genişləndirilməsi əsas müzakirə mövzularından olub.
Qeyd edək ki, Azərbaycan ilə İtaliya arasında münasibətlər son illər ərzində dinamik inkişaf edərək strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib.










