
Bakının Binəqədi rayonu, Biləcəri qəsəbəsində 50 yaşlı qadın evində ölü halda tapılıb.
Hadisə iyunun 9-da gecə saatlarında qeydə alınıb.
Məlumata görə, 1976-cı il təvəllüdlü Aytəkin Kərimovanın meyiti yaşadığı evdə aşkar edilib. Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub, meyitə və evə baxış keçirilib.
İlkin ehtimallara əsasən, qadının ölümündə zorakılıq əlamətləri müəyyən edilməyib və onun ürək çatışmazlığından vəfat etdiyi güman olunur.
Faktla bağlı araşdırma aparılır.





