
Hava Nəqliyyatında Baş Gömrük İdarəsində əməliyyat keçirilib.
QanunTV.az xəbər verir ki, Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən həyata keçirilən əməliyyat zamanı 4 gömrük əməkdaşı saxlanılıb.
Məlumata görə, saxlanılanlar arasında Aysel və Xalidə adlı iki qadın əməkdaş da var.
İlkin məlumata əsasən, saxlanılan şəxslərdən birinin izahatı alındıqdan sonra sərbəst buraxıldığı bildirilir.
Hadisənin detalları və əməliyyatın nəticələri ilə bağlı rəsmi məlumatın veriləcəyi gözlənilir.





