
Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə paytaxtın Binəqədi rayonu, Azadlıq prospektində bir uşağın köməyə ehtiyacı olması barədə məlumat daxil olub.
Qanuntv.az xəbər verir ki, məlumat daxil olduqdan dərhal sonra hadisə yerinə FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri cəlb olunublar.
Əməliyyat şəraitinin qiymətləndirilməsi zamanı 2015-ci il təvəllüdlü E.Gülməmmədovun başının stadionun dəmir barmaqlıqları arasında sıxılaraq təhlükəli vəziyyətdə qaldığı müəyyən edilib.
Xilasedicilər xüsusi xilasetmə vasitələrindən istifadə edərək uşağı təhlükəsiz şəkildə azad ediblər.
Hadisə nəticəsində uşaq xilas olunub və təhlükə aradan qaldırılıb.





