
ABŞ Prezidenti Donald Trampın FIFA tərəfindən veriləcək xüsusi istisna çərçivəsində dünya çempionatının qalibinə kuboku şəxsən təqdim etməsinə icazə verilə biləcəyi bildirilir.
Qanuntv.az xəbər verir ki, bu barədə “talkSPORT” məlumat yayıb.
Məlumata görə, FIFA final mərasimində Trampa iki seçim təqdim edə bilər: ya qalib komanda ilə birlikdə kubokun təqdimatında iştirak etmək, ya da digər rəsmi qonaqlarla birlikdə kənarda qalmaq.
Bildirilir ki, yekun qərar Trampın öz seçimindən asılı olacaq və onun final mərasimində hansı rolda görünəcəyi hələ dəqiqləşməyib.
Qeyd edək ki, dünya çempionatının finalında kubokun təqdimatı adətən FIFA prezidenti və yüksək rəsmi şəxslərin iştirakı ilə xüsusi protokol əsasında həyata keçirilir.





