
Abşeron rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə iyunun 19-da saat 18:00 radələrində Masazır kəndi ərazisində, “Qurtuluş-93” yaşayış kompleksinin yaxınlığında qeydə alınıb.
2007-ci il təvəllüdlü Fuad Azad oğlu Babaşov idarə etdiyi “Minsk D D4” markalı motosikletlə hərəkətdə olarkən sola manevr etdiyi zaman yolu qaçaraq keçən 2022-ci il təvəllüdlü Atilla Rafail oğlu Bağırovu vurub.
Zərbənin təsirindən xəsarət alan azyaşlı hadisə yerinə çağırılan təcili tibbi yardım briqadası ilə xəstəxanaya aparılarkən yolda həyatını itirib.
Faktla bağlı araşdırma aparılır.





