
Sumqayıt şəhərində yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə Koroğlu prospektində qeydə alınıb. Məlumata görə, şəhər sakini, 2003-cü il təvəllüdlü Şəmsəddin Əmrullayevin idarə etdiyi “Mercedes-Benz” markalı avtomobil idarəetmədən çıxaraq yol kənarındakı ağaca çırpılıb.
Qəza nəticəsində avtomobildə olan sərnişinlər – 2003-cü il təvəllüdlü Zakir İbrahimli, 2003-cü il təvəllüdlü Leyla Maluni və 1999-cu il təvəllüdlü İlkin Qurbanov müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
Yaralılar təcili tibbi yardım vasitəsilə xəstəxanaya çatdırılıblar.
Faktla bağlı araşdırma aparılır.





