
QanunTV.az xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi yeniyetmə cüdoçu Vəli Əliyevin vəfat etdiyini açıqlayıb.
Onun ölüm səbəbi barədə məlumat verilməyib. Qeyd edək ki, Vəli Əliyev iyunun 18-də keçirilən cüdo üzrə Naxçıvan MR birinciliyində qızıl medal qazanmışdı.





