
Riyaziyyat üzrə fəlsəfə doktoru Nəbi Mahmudov vəfat edib.
QanunTV.az xəbər verir ki, N.Mahmudov 71 yaşında dünyasını dəyişib. Onun ölüm səbəbi barədə məlumat verilməyib.
Qeyd edək ki, Nəbi Mahmudov paytaxtda fəaliyyət göstərən 83 və 246 saylı məktəb-liseylərə rəhbərlik edib.





