
2026-cı il futbol üzrə dünya çempionatının final oyununun rəsmi topunun görüntüləri internetdə yayılıb.
QanunTV.az xəbər verir ki, “Trionda Final” adlandırılan yeni top modeli hazırda dünya çempionatında istifadə olunan “Trionda” topu ilə eyni konstruksiyaya malikdir.
Yeni top ağ rəngdə hazırlanıb, qara və qızılı naxışlarla, həmçinin qırmızı elementlərlə bəzədilib. Topun üzərində dünya çempionatına ev sahibliyi edən şəhərlərin adları da əks olunub.
Məlumata görə, “Trionda Final” topundan mundialın yarımfinal mərhələsindən etibarən istifadə ediləcək.
Qeyd edək ki, DÇ-2026-nın final qarşılaşması iyulun 19-da ABŞ-nin İst-Raterford şəhərində yerləşən “MetLife” stadionunda keçiriləcək.





