
Futbol üzrə dünya çempionatında finala vəsiqə qazanacaq növbəti komandanın adı bu gecə məlum olacaq.
Qanuntv.az xəbər verir ki, yarımfinal mərhələsinin son qarşılaşmasında İngiltərə millisi Argentina yığması ilə üz-üzə gələcək.
Dünya çempionatı
Yarımfinal
15 iyul
23:00. İngiltərə – Argentina
Qarşılaşma ABŞ-ın Atlanta şəhərində yerləşən "Mercedes-Benz Stadium"da keçiriləcək. Oyunun qalibi finalda İspaniya millisi ilə qarşılaşacaq, məğlub tərəf isə üçüncü yer uğrunda Fransa yığması ilə mübarizə aparacaq.
Xatırladaq ki, dünya çempionatının ilk yarımfinal görüşündə İspaniya seçməsi Fransa millisini 2:0 hesabı ilə məğlub edərək finala yüksələn ilk komanda olub.
Qeyd edək ki, İngiltərə və Argentina arasında keçiriləcək qarşılaşma dünya futbolunun ən prinsipial duelərindən biri hesab olunur və futbolsevərlər tərəfindən böyük maraqla gözlənilir.





