
Kəlbəcər rayonunda Levçay çayında batan yeniyetmənin meyiti aşkarlanıb.
Qanuntv.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Bildirilib ki, iyulun 12-də Levçay çayının Kəlbəcər rayonunun Çəpli kəndindən keçən hissəsində batan 2015-ci il təvəllüdlü Yaqub Zabil oğlu Abutalıbovun axtarışları başa çatıb.
FHN-in xilasediciləri tərəfindən aparılan axtarış-xilasetmə tədbirləri nəticəsində yeniyetmənin meyiti tapılaraq aidiyyəti üzrə təhvil verilib.
Faktla bağlı müvafiq araşdırmalar davam etdirilir.





