
Tərtər rayonunun Təzəkənd kəndi ərazisində baş vermiş ağır yol-nəqliyyat hadisəsi iki nəfərin ölümü ilə nəticələnib.
Qanuntv.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Məlumata görə, hadisə yerinə dərhal FHN-in Qarabağ Regional Mərkəzinin xilasediciləri cəlb olunublar. Əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən edilib ki, "Mercedes" markalı minik avtomobili ilə MAN markalı yük avtomobili toqquşub.
Qəza nəticəsində "Mercedes" markalı avtomobildə olan iki nəfər nəqliyyat vasitəsində sıxılı vəziyyətdə qalıb. Xilasedicilər xüsusi texniki vasitələrdən istifadə etməklə deformasiyaya uğramış avtomobildə sıxılmış şəxsləri çıxarıblar.
Hadisə zamanı Bərdə rayonunun Qaraqoyunlu kənd sakinləri – 1962-ci il təvəllüdlü Adil İbrahim oğlu Əhmədov və 1973-cü il təvəllüdlü Elza Novruz qızı Əmirova həyatlarını itiriblər. Onların meyitləri aidiyyəti üzrə təhvil verilib.
Faktla bağlı müvafiq qurumlar tərəfindən araşdırma aparılır.





