
ABŞ Silahlı Qüvvələri İran ərazisinə qarşı həyata keçirilən növbəti hava zərbələri mərhələsini başa çatdırıb.
Qanuntv.az xəbər verir ki, bu barədə ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) məlumat yayıb.
Komandanlığın açıqlamasına görə, ABŞ ordusu ardıcıl yeddinci gecə həyata keçirilən əməliyyat çərçivəsində İrandakı bir sıra hərbi hədəfləri vurub.
Bildirilib ki, zərbələr zamanı müşahidə məntəqələri, hərbi logistika infrastrukturu, yeraltı silah anbarları və İran Hərbi Dəniz Qüvvələrinə məxsus obyektlər hədəfə alınıb.
Qeyd edək ki, bundan əvvəl CENTCOM İrana qarşı yeni zərbə dalğasının başlandığını açıqlamışdı. Məlumatda bildirilirdi ki, əməliyyatların əsas məqsədi İranın hərbi potensialını daha da zəiflətməkdir.
Rəsmi Tehran hücumlarla bağlı hələlik geniş açıqlama verməyib.





