
Bakıda yolun çökməsi nəqliyyatın hərəkətində ciddi çətinlik yaradıb.
Hadisə Sabunçu rayonunun Bakıxanov qəsəbəsində, Nazim İsmayılov küçəsində qeydə alınıb.
İlkin məlumata görə, asfalt örtüyünün çökməsi nəticəsində yolda dərin çuxur əmələ gəlib. Təhlükəli ərazi İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin əməkdaşları tərəfindən mühasirəyə alınaraq təhlükəsizlik tədbirləri görülüb.
Yolun bir hissəsinin bağlanması səbəbindən ərazidə avtomobillərin hərəkəti çətinləşib və uzun tıxac yaranıb.
Hazırda aidiyyəti qurumlar hadisənin başvermə səbəblərini araşdırır və ərazidə bərpa işləri aparılır.





