
Kanadanın Toronto şəhərində yaşayan gənc azərbaycanlı Cavid Babazadənin faciəvi şəkildə vəfat etdiyi barədə məlumat yayılıb.
Sosial şəbəkələrdə yayılan məlumatlara görə, Cavid Babazadə Toronto şəhərində fəaliyyət göstərən RBC Bankda səhm qiymətləndirilməsi üzrə direktor müavini vəzifəsində çalışıb və peşəkar fəaliyyəti ilə tanınıb.
İlkin məlumata əsasən, onun çoxmərtəbəli binadan yıxılması nəticəsində həyatını itirdiyi bildirilir. Hadisənin hansı şəraitdə baş verdiyi barədə hələlik rəsmi qurumlar tərəfindən ətraflı açıqlama verilməyib.
Mərhumun vəfat xəbəri həm Kanadada yaşayan azərbaycanlılar, həm də onu tanıyanlar arasında dərin kədər hissi ilə qarşılanıb. Sosial şəbəkələrdə onun ailəsinə və yaxınlarına başsağlığı mesajları paylaşılır.
Hadisənin səbəbləri ilə bağlı araşdırmaların davam etdiyi bildirilir. Rəsmi məlumatlar açıqlanacağı təqdirdə ictimaiyyətə əlavə məlumat veriləcək.





