
“Qarabağ”da yanvar ayrılığı gözlənilir – Marko Yankoviçə ciddi maraq
Yanvar transfer pəncərəsində “Qarabağ” futbol klubunda ayrılıqlar yaşana bilər.
Fanat.az xəbər verir ki, komandadan ayrılması ehtimal olunan futbolçulardan biri Monteneqro millisinin yarımmüdafiəçisi Marko Yankoviçdir. 30 yaşlı futbolçu ilə Yunanıstanın aparıcı klubları – “Olimpiakos” və “Panatinaikos”, həmçinin Xorvatiyanın **Zaqreb “Dinamo”**su maraqlanır.
Qeyd olunur ki, Yankoviçə maraq yay transfer dövründən mövcuddur, lakin həmin vaxt keçid reallaşmayıb.
Qanuntv.az xatırladır ki, “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Premyer Liqanın XVI turunda “Qəbələ” üzərində qazanılan qələbədən sonra transfer təklifləri ilə bağlı narazılığını bildirib:
“Futbolçulara yaxşı təkliflər edirlər, kluba isə az məbləğ vermək istəyirlər. Bu cür yanaşma düzgün deyil. Heyəti qoruyub saxlamaq böyük problemə çevrilib”.
Marko Yankoviçin “Qarabağ”la müqaviləsi 2027-ci ilin yayına qədər qüvvədədir. O, cari mövsümdə 20 oyunda 4 qol vurub, 2 məhsuldar ötürmə edib.





