SON DƏQİQƏ
Qanuntv.az » Gündəm » ABŞ-da silahlı şəxs ticarət mərkəzində insanlara atəş açdı: Ölənlər və yaralılar var
Gündəm / Dünya

ABŞ-da silahlı şəxs ticarət mərkəzində insanlara atəş açdı: Ölənlər və yaralılar var

18-07-2022, 10:05 299
ABŞ-da silahlı şəxs ticarət mərkəzində insanlara atəş açdı: Ölənlər və yaralılar var


ABŞ-ın İndiana ştatının Qrinvud şəhərindəki “Greenwood Park” ticarət mərkəzində atışma nəticəsində dörd nəfər həlak olub.

Silahlı şəxs ticarət mərkəzində restoranın həyətində tüfəngdən atəş açıb. Şahidlər azı 30 atəş səsi eşidiblər.

Öldürülənlərdən biri atəş açan şəxsdir. O, silahlı vətəndaş tərəfindən güllələnib. Daha iki nəfər güllə yarası alıb və xəstəxanaya aparılıb.

Polis ticarət mərkəzinin tualetlərinin birində şübhəli bel çantası tapıb.

Mənbə: RBC

Oxşar xəbərlər