• Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Hadisə
  • Araşdırma
  • Bölgə
  • Dünya
  • İdman
  • Şou-biznes
  • Video

© 2022 Qanuntv.az - Bütün hüquqlar qorunur.

Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.

QanunTv.az

  • Ana səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Hadisə
  • Araşdırma
  • Bölgə
  • Dünya
  • İdman
  • Şou-biznes
  • Video
backend

Buraxılış imtahanlarının sualları ilə bağlı RƏSMİ AÇIQLAMA [xfvalue_red]

16 Mrt, 23 - 12:30

Buraxılış imtahanlarının sualları ilə bağlı RƏSMİ AÇIQLAMA


Dövlət İmtahan Mərkəzi şagird və abituriyentlərə müraciət edib.

DİM-dən verilən məlumata görə, müraciətdə deyilir:

"Son günlər 5 və 12 mart tarixlərində keçirilmiş tam orta təhsil səviyyəsi üzrə buraxılış imtahanlarından sonra sosial şəbəkələr və ictimaiyyət arasında müəyyən müzakirələr aparılır. Buraxılış imtahanları iştirakçıların əhatə dairəsinə görə ən kütləvi imtahanlar hesab olunur, həmçinin imtahanların nəticələri orta məktəbdə təhsil alan şagirdlərin yekun attestasiyası, ali və orta ixtisas təhsili müəssisələrinə qəbul zamanı nəzərə alınır. Bu baxımdan imtahanlara marağın yüksək olması və müzakirələrin aparılması başadüşüləndir və Dövlət İmtahan Mərkəzi tərəfindən anlayışla qarşılanır. Lakin müəyyən məqamları bir daha imtahan iştirakçılarının diqqətinə çatdırmaq istəyirik. Tam orta təhsil səviyyəsi üzrə buraxılış imtahanlarına daxil olan fənlərin proqramı 5-11-ci siniflərdə tədris olunan mövzuları əhatə edir. 11-ci sinifdə fevral ayından sonra keçirilən mövzular imtahanda istifadə olunmur. Buraxılış imtahanlarında istifadə edilən bütün test tapşırıqları ümumtəhsil müəssisələrində qüvvədə olun dərsliklər əsasında hazırlanır və müvafiq fənlər üzrə təhsil proqramı – kurikulumun təlim nəticələrinə uyğun bilik və bacarıqları yoxlamağa xidmət edir.

Məlumat üçün bildiririk ki, respublikamızın təhsil sistemində 2008-ci ildən etibarən yeni təhsil proqramları (kurikulumları) tətbiq olunur. Təhsilin məzmunu dəyişərək “yaddaş məktəbi"ndən “təfəkkür məktəbi"nə keçilib. Bu isə o deməkdir ki, tədris prosesində məqsəd təkcə biliklərin verilməsi deyil, bacarıqların da formalaşdırılması olmalıdır. Bu əsas götürülərək buraxılış imtahanlarında Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi ilə birgə hazırlanmış imtahan modeli tətbiq olunur. Yəni imtahanda qapalı tipli tapşırıqlarla yanaşı, ətraflı yazılı cavab tələb edən tapşırıqlardan da istifadə olunur. Bu tapşırıqlar meyarlar əsasında qiymətləndirilir və bu imtahan iştirakçılarının bilik və bacarıqlarının daha dəqiq müəyyən olunmasına imkan verir. Onu da bildiririk ki, belə tapşırıqlar aşağı siniflərdən başlayaraq dərsliklərdə istifadə olunur.

Yuxarıda qeyd olunanlara uyğun olaraq 11-ci siniflər üçün buraxılış imtahanı artıq beşinci ildir ki, yeni model əsasında keçirilir və bu imtahanlar layihələndirilərkən həm orta məktəblərdə keçirilən monitorinq imtahanlarının, həm də son dörd ildə keçirilən buraxılış imtahanlarının elmi-statistik göstəricilərinə aid təhlillərdən də istifadə edilir. Bu təhlillər isə onu göstərir ki, imtahanla bağlı göstəricilər müxtəlif hazırlıq səviyyəsinə malik şagirdlərdən gözlənilən nəticələrə uyğundur və bu baxımdan illər üzrə göstəricilər bir-birinə çox yaxındır. Müqayisə üçün 2019-2022-ci illərdə keçirilən buraxılış imtahanlarında iştirak edən orta statistik şagirdlərin topladıqları ümumi balları da təqdim etmək istəyirik. Buraxılış imtahanında iştirak edən orta statistik şagird 2019-cu ildə 112.78, 2020-ci ildə 115.82, 2021-ci ildə 115.93, 2022-ci ildə isə 111.72 bal toplayıb.

Bu il keçirilən imtahanlarda istifadə edilən tapşırıqlar da iştirakçıların cavablarının statistik təhlili əsasında bir daha araşdırılacaq və bu təhlil əsasında müvafiq məlumatlar ictimaiyyətə təqdim olunacaq. Bundan əlavə, hamıya məlumdur ki, DİM tərəfindən aparılan təhlillər nəticəsində testlərdə hər hansı uyğunsuzluq aşkar olunarsa, imtahan iştirakçılarının xeyrinə qərar qəbul olunur. Həmçinin yazılı cavab tələb edən tapşırıqların qiymətləndirilməsi məqsədilə seçilmiş yazı işləri nümunəsi əsasında meyarlar dəqiqləşdirilərək ehtiyac yarandığı təqdirdə onlarda müvafiq düzəlişlər edilir. Nəticələr elan olunduqdan sonra iştirakçıların müraciətlərinə baxılması üçün apellyasiya komissiyası da yaradılır.

Əlavə olaraq qeyd etmək istəyirik ki, 17 mart 2023-cü il tarixində Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə ali təhsil müəssisələrinə sənəd qəbulunun başa çatması, onun statistikası və buraxılış imtahanlarının gedişatına həsr olunmuş mətbuat konfransı keçirəcək".

ƏLAQƏDAR XƏBƏRLƏR

backend
Ali məktəblərə sənəd qəbulunda REKORD - 102 min
backend
Buraxılış imtahanlarında DƏYİŞİKLİK EDİLİR
backend
Bu şəxslər üçün əlavə imtahanın vaxtı müəyyənləşdi
backend
Dövlət qulluğu imtahanları üçün yeni tarif müəyyənləşəcək
backend
Bu gün qəbul imtahanları keçiriləcək
[prev-url][/prev-url]

ÇOX OXUNAN

backend
Sünnət əməliyyatının pulunu dövlət ödəyəcək
12 Eyl, 24 - 11:273 117

XƏBƏR LENTİ

Dünyanın ən gənc kralı vəfat etdi – 34 yaşında dünyasını dəyişdi [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
11:1029 Ağu
Şəmkirdə 11 yaşlı qız əməliyyatdan sonra vəfat etdi [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
11:0729 Ağu
DOST Agentliyində yeni təyinat – Qarabağ Regional DOST Mərkəzinə direktor müavini təyin edildi [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
11:0529 Ağu
Sumqayıt gimnaziyasının 11-ci sinfi yüksək nəticə göstərdi – Bir şagird 700 bal topladı [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
11:0329 Ağu
Polşanın Azərbaycandakı səfiri XİN-ə çağırıldı – Etiraz notası təqdim edildi [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
11:0029 Ağu
Qusarda iki vəzifəli şəxs işdən çıxarıldı [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
10:5729 Ağu
Abşeronda 34 yaşlı qadını maşın vuraraq öldürdü – Sürücü azyaşlı imiş [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
10:5329 Ağu
İranla bağlı mühüm qərar: Azərbaycanın diplomatik nümayəndəliklərinin fəaliyyət göstərdiyi ölkələr siyahısına daxil edildi [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
10:5029 Ağu
Qara dənizdə 11 azərbaycanlının olduğu gəmi batmaq təhlükəsi ilə üzləşdi – Dənizçilər xilas edildi [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
10:4829 Ağu
Ali təhsil müəssisələrinə qəbul olunanların NƏZƏRİNƏ: Qeydiyyat başladı [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
10:4429 Ağu
DİN-dən tələbələrə xəbərdarlıq: Saxta kirayə elanlarına aldanmayın [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
09:4528 Ağu
Ağstafanın 9 kəndində, Gədəbəy və Tovuzun bir hissəsində qaz olmayacaq [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
09:4228 Ağu
İrandan Azərbaycana qanunsuz keçən 3 əfqan saxlanılıb [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
09:3828 Ağu
Çində 1000 tondan çox qızıl ehtiyatı olan nəhəng yataq aşkarlanıb [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
09:3328 Ağu
Rusiyadakı təxribata rəsmi Bakıdan sərt reaksiya [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
09:3028 Ağu
İcazəsiz Qarabağa daxil olmaq istəyən şəxs 8 gün həbs edildi [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
09:2728 Ağu
Şəkidə gecə saatlarında qəza: 3 nəfər yaralandı [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
09:2328 Ağu
Dron hücumundan sağ çıxan azərbaycanlı dənizçinin Bakıda meyiti tapıldı [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
09:2128 Ağu
Laçın Rayon İcra Hakimiyyətinin nümayəndəsi vəfat edib [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
08:4428 Ağu
Prezident İlham Əliyevdən “Sabah” futbol klubuna 5 milyon manatlıq dəstək [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
08:3928 Ağu
“Talış kəndində nümunəvi fəaliyyət: Eşqin müəllimin məsuliyyətli idarəçiliyi və vətəndaşlara diqqəti” [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
18:2727 Ağu
“AID Group” şirkətinin rəhbəri Nigar Fərhad saxlanılıb [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
11:2627 Ağu
ABŞ-də tələbə səhv evin qapısını döydü, polis tərəfindən güllələndi [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
11:2427 Ağu
“Sabah” futbol klubu Prezident İlham Əliyevə təşəkkür edib – FOTO [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
11:2027 Ağu
Jurnalist Aidə Əliyeva AFFA-da yeni vəzifəyə təyin olunub [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
11:1727 Ağu
“Gömrükdə işə düzəldəcəyəm” deyərək 74 900 manat aldı – tanışlıq vədi bahalı başa gəldi [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
11:1427 Ağu
Mehriban Əliyevanın təşəbbüsü ilə xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün əyləncə tədbiri təşkil olunub [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
11:1227 Ağu
Bilgəhdə 220 yerlik yeni incəsənət məktəbi açılıb [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
11:0827 Ağu
24 yaşlı qadın hamiləliyini sonlandırdıqdan sonra həyatını itirib – abortun harada aparıldığı məlum deyil [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
10:5927 Ağu
Şabranda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsində ölənlərin sayı iki nəfərə çatıb. [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
10:5527 Ağu
Şəmkir rayon Qapanlı kənd İsrafil Məmmədov adına kənd tam orta məktəbin direktor əvəzi Sadət müəllim – təhsil ocağında nümunəvi idarəçilik [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
10:3227 Ağu
Həbibova Gülyanax xanım – peşəkar rəhbər, qayğıkeş və məsuliyyətli təhsil işçisi [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
12:2526 Ağu
Xırdalanda körpə binanın 7-ci mərtəbəsindən eyvandan yıxılaraq ölüb [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
12:1826 Ağu
ABŞ ordusunun İran münaqişəsində itkiləri 776 nəfərə çatıb [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
10:3326 Ağu
“Sabah”dan tarixi zəfər – Azərbaycan klubu Çempionlar Liqasının əsas mərhələsində [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
10:3026 Ağu
26 avqust – Laçın Şəhəri Günüdür [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
10:2526 Ağu
Vladimir Putin Mehriban Əliyevanı doğum günü münasibətilə təbrik edib [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
10:0626 Ağu
Prezident Administrasiyasında sentyabr ayı üzrə vətəndaş qəbulu cədvəli açıqlanıb [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
10:0226 Ağu
Paşinyan: “Ermənistanda heç bir xarici sülhməramlı qüvvə yerləşdirilməyəcək” [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
09:5926 Ağu
Azərbaycan və Pakistan arasında hərbi əməkdaşlığın inkişafı müzakirə olunub [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
09:5526 Ağu
Formula-1 yarışı ilə əlaqədar Azərbaycanda viza prosedurları sadələşdirilir [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
09:5226 Ağu
Xuluf kəndində nümunəvi idarəçilik: Bəxtiyar Şamillinin fəaliyyəti sakinlər tərəfindən yüksək qiymətləndirilir [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
09:4726 Ağu
Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına yeni direktor təyin olunub [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
11:4925 Ağu
Ağdamda kişi qətlə yetirildi – kürəkəni saxlanıldı [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
11:4625 Ağu
Bütün xəbərlər

© 2022 QanunTv.az - Bütün hüquqlar qorunur.

Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə