
Aleksey Overçuk Azərbaycana işgüzar səfərə gəlib.
Qanuntv.az xəbər verir ki, bu barədə Rusiya hökumətinin rəsmi saytında məlumat yayılıb.
Bildirilib ki, səfərin məqsədi Rusiya Federasiyası ilə Azərbaycan Respublikası arasında iqtisadi əməkdaşlıq üzrə hökumətlərarası komissiyanın 24-cü iclasında iştirak etməkdir. İclasın 16 aprel tarixində keçirilməsi planlaşdırılır.
Komissiyanın həmsədrləri Aleksey Overçuk və Şahin Mustafayev olacaq.
Görüş zamanı tərəflər 2025-ci il avqustun 22-də Həştərxanda keçirilmiş əvvəlki iclasın qərarlarının icrasını və Rusiya-Azərbaycan iqtisadi əməkdaşlığı üzrə tədbirlər planının yerinə yetirilməsini müzakirə edəcəklər.
Eyni zamanda, iki ölkə arasında ticarət-iqtisadi, nəqliyyat, enerji və mədəni-humanitar sahələrdə əməkdaşlığın genişləndirilməsi məsələlərinin gündəmdə olacağı gözlənilir.





