• Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Hadisə
  • Araşdırma
  • Bölgə
  • Dünya
  • İdman
  • Şou-biznes
  • Video

© 2022 Qanuntv.az - Bütün hüquqlar qorunur.

Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.

QanunTv.az

  • Ana səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Hadisə
  • Araşdırma
  • Bölgə
  • Dünya
  • İdman
  • Şou-biznes
  • Video
backend

Makron və Paşinyan: iki uğursuzun duetinin yeni məqsədi nədir? [xfvalue_red]

29 Kas, 24 - 16:48

Makron və Paşinyan: iki uğursuzun duetinin yeni məqsədi nədir?

Fransa və Ermənistanın Azərbaycanın informasiya məkanına və ictimai rəyinə təsir etmək cəhdləri artıq sadəcə lokal kampaniyalar səviyyəsində deyil, daha genişmiqyaslı və məqsədyönlü strategiyalar çərçivəsində həyata keçirilir. Bu yanaşma COP29 çərçivəsində açıq şəkildə nümayiş olundu və son illərdə Qərbin müxtəlif ölkələrinin Azərbaycanı hədəfə alan informasiya hücumlarının tərkib hissəsinə çevrildi.

Bəhs etdiyimiz hücumların önündə Fransa var.

COP29 çərçivəsində keçirilən tədbirlər zamanı Fransa və Ermənistanın Azərbaycan əleyhinə təşkil etdiyi beynəlxalq kampaniya bir daha onların regionda manipulyasiya strategiyalarına üstünlük verdiyini göstərdi. Bu kampaniyanın diqqətçəkən elementlərindən biri isə "Qreta Tunberq əməliyyatı" idi. Məqsəd 31 yaşlı ekoloji aktivistin imicindən istifadə etməklə Azərbaycanı və qonşu Gürcüstanı beynəlxalq səviyyədə hədəfə almaq idi.

Di gəl, bu cəhdlər gözlənilən nəticələri vermədi və əksinə, təşkilatçıların məqsədlərini ifşa edərək onların bacarıqsızlığını və niyyətlərini bir daha təsdiqlədi.

"Qreta Tunberq əməliyyatı"ının əsas məqsədi COP29 zamanı Azərbaycanın ekoloji sahədəki uğurlarını kölgədə qoymaq və beynəlxalq arenada ölkənin imicini zədələmək idi. Eyni zamanda, Gürcüstanın daxili ictimai-siyasi həyatına təsir göstərmək və bu iki ölkə arasında süni problemlər yaratmaq planlaşdırılırdı. Həmin ssenari çərçivəsində Tbilisidə qadın hüquqları mövzusu üzərindən müxtəlif aksiyalar təşkil edildi. Aksiyalarda Azərbaycan müxalifətçiləri, erməni separatizmini dəstəkləyən radikal qruplar və feministlər bir araya gəldi.

Əvvəlcədən razılaşdırılaraq idarə olunan bu kafe-şantan şousu bir tərəfdən Azərbaycanın daxili cəmiyyətinə təsir etmək, digər tərəfdən isə beynəlxalq rəy formalaşdırmağa xidmət edirdi.

"Plan" nəinki gözlənilən nəticələr vermədi: tam əksinə, Azərbaycan cəmiyyəti üçün bu aksiyaların sifarişli mahiyyəti tamamilə aydın oldu. Xüsusilə bu kampaniyada iştirak edən bloqçuların təxribatçı fəaliyyəti və yayımladıqları qərəzli məlumatlar onların arxasında hansı qüvvələrin dayandığını bir daha ifşa etdi. Sosial mediada və yerli mediada geniş müzakirələr zamanı bu cəhdlərin sifarişli olduğu vurğulandı və Azərbaycan cəmiyyəti bu təxribatlara qarşı möhkəm dayanışma nümayiş etdirdi.

Bundan əlavə, kampaniyanın əsas fiqurlarından biri olan Qreta Tünberqin imicindən istifadə edilməsi də gözlənilən təsiri yaratmadı. Azərbaycan cəmiyyətində və regionun digər ölkələrində Qərb tərəfindən "tanınmış simaların" bu cür manipulyasiyalarda iştirakı çoxdan mənasız işə döndüyündən Qretanın çağırışları nə Azərbaycanda, nə də Ermənistanda ciddi qəbul edilmədi. Şimali Avropa ölkələrində müəyyən rəğbət qazanan Tunberqin şousu cəmiyyətimizdə heç bir rezonans doğurmadı, doğura da bilməzdi.

"Əməliyyat"ın Ermənistan cəmiyyətinə təsiri də gözlənildiyi kimi olmadı. Ermənilərin sosiumunda belə beynəlxalq kampaniyalara maraq yetərincə aşağı səviyyədədir. Ölkə daxilində ağır sosial-iqtisadi vəziyyət, korrupsiya və siyasi xaos ermənilərin diqqətini başqa hədəflərə yönəldib.

Bəhs etdiyimiz səbəbdən İrəvana yollanmış Qreta Tunberqin oradakı isterik çağırışları Ermənistanda da geniş dəstək qazana bilmədi.

Eyni zamanda, baş verənlər onu da göstərdi ki, baş nazir Nikol Paşinyanın və dəstəsinin yerli cəmiyyəti səfərbər etmək qabiliyyəti yoxdur.

Qlobal miqyasda mass-mediada da Qreta Tünberqə olan maraq son illərdə nəzərəçarpacaq dərəcədə azalıb. Onun adı ilə həyata keçirilən aksiyalar artıq əvvəlki kimi geniş əks-səda doğurmur. COP29 çərçivəsində təşkil olunan kampaniya isə, ümumiyyətlə, Azərbaycan əleyhinə hazırlanan digər təxribatçı aksiyalar kimi təsirsiz oldu.





Fransanın bu əməliyyatda əsas təşəbbüskar olması onun regiondakı ikili standartlarını bir daha sübut edir. Digər tərəfdən, bu, Fransanın Ermənistanla strateji tərəfdaşlıq münasibətlərini daha da dərinləşdirmək cəhdi kimi qiymətləndirilə bilər. Fəqət rəsmi Paris məzkur ssenari vasitəsilə Azərbaycana qarşı "effektiv addım" ata bilməməklə yanaşı, manipulyativ siyasətini daha aydın şəkildə ortaya qoydu. Bu, həm də Azərbaycanın beynəlxalq ictimaiyyətdə nüfuzunu qoruyub saxladığını və xarici təxribatlara qarşı müqavimət gücünün artırdığını bir daha göstərdi.

Təbii, Fransa və Ermənistanın informasiya müharibəsi sahəsində birgə fəaliyyəti təkcə COP29 çərçivəsi ilə məhdudlaşmır. Emmanuel Makronun İrəvana verdiyi total siyasi və diplomatik dəstək Ermənistanın təkcə regionda deyil, Avropada da mövqelərini gücləndirmək cəhdlərini göstərir. Fransanın məqsədi bir daşla iki quş vurmaq idi: həm Gürcüstandakı daxili siyasi vəziyyətə müdaxilə etmək, həm də Azərbaycanın beynəlxalq imicini zədələmək.

Fransa, həmçinin, ölkəmizi "ekoloji problemləri həll etməyən dövlət" kimi təqdim etməyə çalışır. Bununla yanaşı, Fransa mediası vasitəsilə Azərbaycanın daxili işlərinə müdaxilə xarakterli məqalələr dərc olunur. Həmin paskvillər Ermənistanın dezinformasiya kampaniyalarının məhsulu olan məlumatlarla zənginləşdirilsə də, Azərbaycanın regiondakı strateji üstünlüyü və obyektiv məlumatların yayımlanması frankoerməni propaqandasının təsirini azaldır.

Parislə İrəvan artıq ənənəvi informasiya müharibəsi metodlarının təsirsizliyini anlayaraq, sosial media üzərindən yeni manipulyasiya strategiyalarını həyata keçirməyə çalışırlar. Yeni "metodologiya"nın əsas məqsədi Azərbaycan cəmiyyətində inamsızlıq toxumları səpmək, daxili ziddiyyətləri alovlandırmaq və ölkənin beynəlxalq imicinə zərbə vurmaqdır.

Makron-Paşinyan duetinin reallaşdırdığı strategiyanın əsas hissələrindən biri daha geniş auditoriyaya xitab edən YouTube kanalları vasitəsilə təsir gücünü artırmaqdır. Həmin kanalların tərkibində qərəzli və manipulyativ məlumatlar yaymaqla, Azərbaycan cəmiyyətində həm adi vətəndaşların, həm də elitar qrupların fikirlərini manipulyasiya etməyə çalışırlar.

Xüsusilə, bu kanallarda istifadə ediləcək əsas vasitələrdən biri, müxtəlif sosial qrupların rəğbətini qazanmağa hədəflənmiş xarakterlər və obrazlardır. Misal üçün, xüsusi olaraq gənc, təhsilli və cəmiyyətdə nüfuz sahibi kimi təqdim olunan qadın obrazının yaradılması planlaşdırılır. Bu obraz vasitəsilə müxtəlif sosial təbəqələrə təsir göstərmək, Azərbaycan cəmiyyətində Fransa və Ermənistanın maraqlarını yaymaq və daxili qarşıdurmaları alovlandırmaq məqsədi güdür.

Bəhs etdiyimiz strategiyanın bir hissəsi olaraq, sosial şəbəkələrdə qarşıdurmaları alovlandırmaq məqsədilə müxtəlif mövzular qabardılır. Azərbaycanın milli məsələləri, etnik müxtəliflik və həssas sosial problemlər qərəzli şəkildə təqdim olunur. Fransa və Ermənistanın dəstəklədiyi bu qruplar, müzakirələr və şərhlər vasitəsilə cəmiyyətdə parçalanma yaratmağa çalışırlar. Xüsusilə həssas etnik və dini məsələlərin qabardılması və bu mövzular ətrafında mübahisələrin təşviq edilməsi əsas manipulyasiya vasitəsidir.

"Sosial media strategiyası" ilə bahəm, Ermənistan Azərbaycanın sərhədyanı bölgələrində etnik qarşıdurmalar yaratmağa çalışır. Bu cür təxribatların məqsədi Azərbaycanın daxili sabitliyini pozmaq və beynəlxalq diqqəti ölkə üzərinə çəkməkdir. Ermənistanın bu təxribatları Qərbin bəzi humanitar təşkilatları ilə birgə həyata keçirilməsi də diqqət çəkir. Bu təşkilatların təmsilçiləri vasitəsilə yayılan qərəzli məlumatlar, Ermənistanın dezinformasiya kampaniyalarına dəstək verir.

Manipulyasiya cəhdlərinə baxmayaraq, Azərbaycan cəmiyyəti Fransa və Ermənistanın təsirinə qarşı kifayət qədər müqavimət göstərir. Xüsusilə Azərbaycan mediasının və sosial şəbəkə istifadəçilərinin məlumatlı olması, bu kampaniyaların təsirini azaldır. Sosial mediada manipulyasiyaların aşkar edilməsi və bu barədə geniş ictimai məlumatlandırma kampaniyalarının aparılması, manipulyatorların effektivliyini aşağı salır.

Azərbaycan cəmiyyəti həm də milli həmrəylik və birgə müdafiə mövqeyi ilə bu cür təxribatlara qarşı durmağa davam edir. Fransa və Ermənistanın informasiya müharibəsi strategiyaları, açıq-aşkar məqsədlərindən dolayı ifşa edilir və cəmiyyət tərəfindən rədd olunur. Bu isə göstərir ki, yeni manipulyasiya metodları da əvvəlkilər kimi uğursuzluğa düçar olacaq.

Fransa və Ermənistanın sosial mediadan istifadə edərək Azərbaycan əleyhinə həyata keçirdikləri manipulyasiya strategiyaları onların informasiya müharibəsi taktikalarının yeni mərhələyə keçdiyini göstərir. Amma Azərbaycan cəmiyyətinin yüksək məlumatlılıq səviyyəsi və milli həmrəyliyi, bu cür cəhdləri təsirsiz hala gətirir.

Azərbaycan cəmiyyəti Fransa və Ermənistanın manipulyasiya cəhdlərinə qarşı özünü müdafiə etməkdə kifayət qədər təcrübə qazanıb. Makron-Paşinyan duetinin zəif yeri məramlarını çox açıq və kobud şəkildə ortaya qoyulmasıdır. Bu isə Azərbaycan vətəndaşlarının həmin kampaniyalara inamını yox edir. Daha da önəmlisi: Azərbaycanın media məkanı kifayət qədər müstəqil və güclü olduğu üçün xarici təsirləri tezliklə ifşa edir. Bundan əlavə, Azərbaycan diasporu da beynəlxalq arenada bu cür kampaniyalara cavab verir. ("Trend İA")

ƏLAQƏDAR XƏBƏRLƏR

backend
FranSIZLAR...
backend
Paşinyan erməni əsgərləri ora ölümə göndərir - General
backend
Səfir XİN-ə çağırıldı, Azərbaycan Fransaya nota verdi
backend
"Fransa rəsmilərinin Azərbaycanda hər hansı aktivləri aşkarlansa dondurulsun" - BƏYANAT
backend
Makron İlham Əliyevə zəng etdi
[prev-url][/prev-url]

ÇOX OXUNAN

backend
Sünnət əməliyyatının pulunu dövlət ödəyəcək
12 Eyl, 24 - 11:273 315

XƏBƏR LENTİ

Sabunçuda qardaşını avtomobillə vuran 23 yaşlı sürücü saxlanılıb [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
13:5912 Kas
Genetik Ehtiyatlar İnstitutuna yeni rəhbər təyin olunub [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
13:5612 Kas
Aktyor Aslan Fətullayevin nəşi Azərbaycana gətirildi [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
13:4412 Kas
Xaçmazda ağır qəza: “Mercedes” bir neçə ağacı və işıq dirəyini aşırıb [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
13:4112 Kas
Gəncədə bir evdən iki nəfərin meyiti tapılıb – Dəm qazından boğulduqları bildirilir [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
13:3712 Kas
Bu gün Azərbaycanda Konstitusiya Günüdür [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
13:3412 Kas
Azərbaycan şahmatçısı Nərmin Abdinova Avropa çempionatında qızıl medal qazandı [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
13:1612 Kas
Cəlilabadda 10 yaşlı uşaq yüksək hərarətdən qıcolma keçirərək vəfat edib [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
13:1012 Kas
Gəncədə tanışını yandıraraq öldürməkdə təqsirləndirilən dörd nəfərə hökm oxunub [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
13:0712 Kas
Azərbaycanın Milli Qəhrəmanı Ehtiram Əliyevin vəziyyəti ağırlaşıb [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
13:0612 Kas
İlham Əliyev Bolqarıstan Prezidentinə başsağlığı verib [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
14:3311 Kas
Vəzifəli şəxs qəfil vəfat etdi: Bacısı oğlunun toyuna hazırlaşırmış [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
14:3111 Kas
Gəncədə iki avtomobil toqquşub: 6 nəfər xəsarət alıb [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
14:2011 Kas
Azərbaycan və Türkiyə Avropaya yaşıl enerji ixracını genişləndirməyi hədəfləyir [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
14:1811 Kas
FIFPRO ilin rəmzi komandasını açıqladı: Harri Keyn və Kriştianu Ronaldo heyətdən kənarda qaldı [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
14:1011 Kas
Prezident İlham Əliyev Türkiyəyə səfərə gedib [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
11:2411 Kas
Saatlıda hərbi xidmətdən yayınan şəxs həbs edilib [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
11:1511 Kas
Cəbrayılda Türkiyə-Azərbaycan Beynəlxalq Meşə Təlim və Tinglik Mərkəzi fəaliyyətə başlayıb [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
11:1411 Kas
“Lion” klubunun yeni baş məşqçisi bəlli oldu [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
11:1111 Kas
Bakıda dəm qazından ölən 30 yaşlı Quba sakininin [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
10:3811 Kas
Əməkdar mədəniyyət işçisi Aslan Fətullayev Moskvada vəfat edib [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
10:3011 Kas
Naxçıvanda hərbi xidmət keçən gənc əsgər ölüb [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
15:0910 Kas
İlham Əliyev Rəcəb Tayyib Ərdoğana başsağlığı verib [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
15:0510 Kas
Zamin duranlar və nisyə mal satanlar üçün yeni tələblər qüvvəyə minib [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
15:0010 Kas
Sabirabadda məktəblini avtomobil vuraraq öldürüb [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
14:5510 Kas
Azərbaycanda 17 yaşlı gənc qız qəfil vəfat edib [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
14:4910 Kas
Üçtərəfli Bəyanatın imzalanmasından 6 il ötür [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
14:3610 Kas
AVMVİB sədri Füzuli Rzaquliyev vəfat edib [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
14:2310 Kas
Bakıda güclü külək 16 ağacı aşırıb, 32 ağacın budaqları qırılıb [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
14:1510 Kas
Joze Mourinyo İspaniya çempionatında ayın ən yaxşı məşqçisi seçilib [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
14:0810 Kas
Bakı və Abşeronun su təminatını yaxşılaşdıracaq böyük layihə: Xəzər suyundan içməli su istehsal ediləcək [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
14:0710 Kas
Polkovnik Rəşad Aslanov Şuşanın azadlığı ilə bağlı unudulmaz xatirələrini bölüşüb [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
14:559 Kas
40 yaşlı bank əməkdaşı futbol oynayarkən vəfat edib [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
14:529 Kas
9 noyabr – Azərbaycanda Dövlət Bayrağı Günüdür [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
14:489 Kas
Rəcəb Tayyib Ərdoğanın Azərbaycana rəsmi səfəri başa çatıb [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
14:299 Kas
İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan Xocalı Soyqırımı Memorialını ziyarət ediblər [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
14:269 Kas
Azərbaycan və Türkiyə prezidentləri Xankəndidə Zəfər abidəsini ziyarət ediblər [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
14:209 Kas
İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan Vətən Müharibəsi qəhrəmanları ilə görüşüblər – Xatirə fotosu çəkdirilib [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
14:079 Kas
Müdafiə naziri Zakir Həsənov koronavirusa yoluxub – Prezident İlham Əliyev məlumat verib [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
14:019 Kas
İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan Xankəndidə Zəfər abidəsini ziyarət ediblər [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
13:529 Kas
İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan Şuşa qalası önündə birgə foto çəkdiriblər [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
13:499 Kas
Günün fotosu [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
17:368 Kas
Azərbaycan və Türkiyə liderlərindən Şuşada ailə fotosu – Qardaşlıq və dostluğun səmimi görüntüləri [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
17:348 Kas
Rəcəb Tayyib Ərdoğandan Azərbaycana Zəfər Günü təbriki: “Qəhrəmanlarımızı dərin ehtiramla anıram” [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
17:308 Kas
Bütün xəbərlər

© 2022 QanunTv.az - Bütün hüquqlar qorunur.

Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə