
Bu gün Azərbaycan Hava Yollarına (AZAL) məxsus sərnişin təyyarəsi ilə bağlı baş vermiş faciədən bir il keçir.
Qanuntv.az Axar.az-a istinadən xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova deyib.
Onun sözlərinə görə, qəza Rusiya, Azərbaycan və Qazaxıstan vətəndaşlarının həlak olduğu, Qırğızıstan vətəndaşlarının isə yaralandığı ümumi faciədir. Zaxarova bildirib ki, dekabrın 24-də Qroznıda qəza qurbanlarının xatirəsinə ucaldılmış abidənin açılışı olub və mərasimdə Azərbaycanın Rusiyadakı səfiri Rəhman Mustafayev iştirak edib.
Rusiya XİN sözçüsü təyyarənin vurulmasına görə Ukraynanı ittiham edib. O, həmçinin xatırladıb ki, Rusiya Prezidenti Vladimir Putin 2024-cü il dekabrın 28-də Prezident İlham Əliyevdən baş verən hadisəyə görə rəsmi üzr istəyib.
Qeyd edək ki, Bakı–Qroznı reysi ilə uçan AZAL təyyarəsi ötən il dekabrın 25-də Çeçenistanda HHM hücumuna məruz qalıb və Aktau yaxınlığında qəzaya uğrayıb. Hadisə nəticəsində 38 nəfər həlak olub, 29 nəfər yaralanıb.





