
Nəsimi Rayon İcra Hakimiyyətində kadr dəyişikliyi aparılıb.
Qanuntv.az xəbər verir ki, bununla bağlı Nəsimi Rayon İcra Hakimiyyətinin yeni başçısı Elxan İbrahimov müvafiq əmr imzalayıb.
Əmrə əsasən, icra başçısının müavini Ramiz Quliyev tutduğu vəzifədən azad edilib.
Qeyd edək ki, Ramiz Quliyev bu vəzifədə 4 il çalışıb. O, bundan əvvəl Şəhərsalma və Arxitektura Komitəsində Regionlarla iş şöbəsinin müdiri vəzifəsində fəaliyyət göstərib.





