
QanunTV.az xəbər verir ki, Venesuela prezidenti Nikolas Maduronun göyərtəsində olduğu ehtimal edilən təyyarə ABŞ-nin Nyu-York ştatı ərazisinə eniş edib.
Məlumata görə, bu barədə “NBC News” məlumat yayıb. Təyyarənin Maduronu daşıyıb-daşıymadığı rəsmi qurumlar tərəfindən hələlik təsdiqlənməyib.
Qeyd edək ki, bundan əvvəl ABŞ Prezidenti Donald Tramp Venesuelada keçid dövrü ərzində ölkənin idarəçiliyinin ABŞ tərəfindən nəzarətə götürüldüyünü açıqlamışdı. O, həmçinin Latın Amerikası ölkəsinə nəzarət edəcək komandanın artıq formalaşdırıldığını bildirib.
ABŞ dövlət katibi Marko Rubio isə Venesuela lideri Nikolas Maduronun vəzifəni tərk etməsi üçün ona dəfələrlə təkliflər edildiyini bəyan edib.
Hadisə beynəlxalq ictimaiyyətin diqqət mərkəzində qalmaqda davam edir.





