
ABŞ Prezidenti Donald Tramp Venesuela lideri Nikolas Maduronu əfv etmək niyyətində olmadığını açıqlayıb.
"The New York Times" qəzetinin məlumatına görə, jurnalistlərin ABŞ-dakı ittiham olunan şəxslərin, o cümlədən Maduronun əfv edilməsi ilə bağlı sualına Tramp açıq cavab verib və belə bir qərar verməyəcəyini bildirib.





